...

FED baza faiz dərəcəsini dəyişməz saxlayıb

Dünya xəbərləri Materials 19 Mart 2026 00:21 (UTC +04:00)
FED baza faiz dərəcəsini dəyişməz saxlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi baza faiz dərəcəsini illik 3,5–3,75 faiz səviyyəsində sabit saxlayıb.

Trend-in məlumatına görə, bu barədə FED açıqlama verib.

Yaxın Şərqdə baş verən hadisələrin ABŞ iqtisadiyyatına təsiri hələ də qeyri-müəyyən olaraq qalır və bu səbəbdən risklər diqqətlə qiymətləndirilir.

Qeyd olunub ki, Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə mövcud hədəf diapazonunu dəyişməz saxlamaqla yanaşı, gələcək qərarların qəbulunda daxil olan iqtisadi məlumatları, dəyişən perspektivləri və risk balansını nəzərə alacaq.

Eyni zamanda vurğulanıb ki, komitə maksimum məşğulluğun təmin olunması və inflyasiyanın 2 faiz səviyyəsinə qaytarılması istiqamətində siyasətini davam etdirməkdə qətiyyətlidir.

Xəbər lenti

Xəbər lenti