...

“Los Lobos” qruplaşmasının lideri Mexikoda saxlanılıb

Dünya xəbərləri Materials 18 Mart 2026 22:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda fəaliyyət göstərən “Los Lobos” cinayətkar qruplaşmasının lideri Xuan Karlos Mexikoda saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik naziri Omar Qarsiya Harfuç “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, kəşfiyyat məlumatları və beynəlxalq əməkdaşlıq nəticəsində Meksikanın güc və miqrasiya qurumlarının əməkdaşları “Lobo Menor” kimi tanınan Xuan Karlosu paytaxtda ələ keçiriblər.

Onun sözlərinə görə, saxlanılan şəxs İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub və narkotiklərin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə tələb etmə, eləcə də qətllərlə əlaqələndirilir.

Həmçinin qeyd olunub ki, Cənubi Amerika ölkələrinin hüquq-mühafizə orqanları onu Ekvadorda prezidentliyə keçmiş namizədin qətlində əsas fiqurlardan biri hesab edir. Qarsiya Harfuç Kolumbiya polisinə göstərilən dəstəyə görə təşəkkür edib və ölkələrin transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığının davam etdiriləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti