...

ACF daha 25 klub və idman təşkilatını lisenziyalaşdırıb

İdman Materials 18 Mart 2026 23:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına beş il müddətinə lisenziya verilib.

Trend xəbər verir ki, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən edilmiş qaydalara uyğun şəkildə təqdim edərək müvafiq meyarlar əsasında seçim mərhələsindən uğurla keçiblər.

Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov çıxış edərək lisenziyalaşdırma prosesinin məqsədi və əhəmiyyəti, həmçinin klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl federasiya tərəfindən ümumilikdə 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.

Xəbər lenti

Xəbər lenti