Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan və Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində görüş keçiriblər.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz “X” sosial şəbəkə hesabında paylaşım edib.
Görüşün məzmunu və təfərrüatları barədə əlavə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl XİN rəhbərləri arasında telefon danışığı baş tutmuşdu.
