Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri davam edir.
Trend xəbər verir ki, “Barselona” doğma meydanda İngiltərənin “Nyukasl” klubunu qəbul edib.
Qarşılaşma Kataloniya təmsilçisinin 7:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Rafinya (6-cı və 72-ci də.), Levandovski (56-cı və 61-ci dəq), Bernal (18-ci dəq.), Yamal (45+7-ci dəq.), Fermin Lopez (51-ci dəq.) fərqləniblər. “Nyukasl”da isə Elanqa (15-ci və 28-ci dəq.) dubl edərək, adını tabloya yazdırıb.
Komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “Barselona” rəqibini üstələyərək turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
