Bakı. Trend:
ABŞ-də kommersiya neft ehtiyatları son həftə ərzində 6,16 milyon barel artım göstərib.
Trend xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi ehtiyatların həcmi 449,3 milyon barelə çatıb və bu göstərici 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir.
Eyni zamanda, benzin ehtiyatları 5,44 milyon barel, distillə edilmiş yanacaq ehtiyatları isə 2,53 milyon barel azalıb.
Qeyd edək ki, analitiklər neft ehtiyatlarının cəmi 400 min barel artacağını, yanacaq ehtiyatlarında isə daha mülayim azalmanın qeydə alınacağını proqnozlaşdırırdılar.
