Bakı. Trend:
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Azərbaycan da daxil olmaqla 12 ölkənin xarici işlər nazirləri və nümayəndələrinin iştirakı ilə məşvərət toplantısı təşkil edilib.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Toplantıya Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxsləri qatılıblar.
Məlumata görə, iclasda İranın region ölkələrinə hücumları müzakirə olunub və kəskin şəkildə pislənilib. Hücumların dayandırılması, eskalasiyanın sona çatması, regionda təhlükəsizlik və sabitliyin bərqərar olması, həmçinin böhranların həlli üçün diplomatiyanın aktivləşdirilməsi vacib addım kimi qiymətləndirilib.
