Bakı.Trend:
Bayram günlərində - martın 20-22-də ölkə ərazisində gözlənilən
hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və
Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 10-14 dərəcə isti olacaq.
Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə
zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə
əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, gündüz 12-17 dərəcə
isti təşkil edəcək.
Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 11-16 dərəcə isti
olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın
20-21-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
22-də isə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq,
mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, dağlıq ərazilərdə 3
dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy, Göygöldə martın 20-də hava şəraitinin arabir
yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi ehtimalı var. 21-i səhərdən 22-si gündüzədək yağıntıda
fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14
dərəcə isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda
martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-i səhərdən
22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq,
mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcə
isti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz,
Naftalanda
martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-i səhərdən
22-si axşamadək yağıntıda fasilə olacaq. Arabir duman olacaq,
mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 10-15, martin 22-də bəzi
yerlərdə 20 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 20-də
hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var. 21-22-də əksər rayonlarda hava əsasən
yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək,
arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15,
22-də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,
Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan,
Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 20-də hava şəraitinin
arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının
intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. 21-22-də isə
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq,
mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 11-16, 22-də bəzi yerlərdə 20
dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda
martın 20-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. 21-22-də isə əksər rayonlarda hava əsasən yağmursuz
keçəcək. Arabir duman olacaq, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 12-17, dağlarda gecə 3-6,
gündüz 6-8 dərəcə isti təşkil edəcək.
