...

ABŞ-nin milli borcu ilk dəfə 39 trilyon dolları keçib

Dünya xəbərləri Materials 19 Mart 2026 05:32 (UTC +04:00)
ABŞ-nin milli borcu ilk dəfə 39 trilyon dolları keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il martın 18-də ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 39 trilyon dollar həddini aşıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı hesabatda qeyd olunub.

Məlumata əsasən, ölkənin ümumi borcu təxminən 39,03 trilyon dollara çataraq rekord səviyyəyə yüksəlib.

Bildirilib ki, adambaşına düşən borc artıq 114 min dolları ötüb. Son bir trilyon dollarlıq artım isə beş aydan daha qısa müddətdə qeydə alınıb.

Eyni zamanda vurğulanır ki, dövlət borcunun xidmət xərcləri artıq ABŞ-ın hərbi büdcəsini üstələyir.

Xəbər lenti

Xəbər lenti