...

İsrail ordusu İranın "Mi-17" helikopterini vurub (VİDEO)

Dünya xəbərləri Materials 19 Mart 2026 12:33 (UTC +04:00)
İsrail ordusu İranın "Mi-17" helikopterini vurub (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri İranın Kürdüstan vilayətində yerləşən Sənəndəc Beynəlxalq aeroportunda İrana ordusuna məxsus “Mi-17” helikopterini vurub.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Dünən həyata keçirilən zərbə nəticəsində İnqilab Keşikçilərinin Hərbi Hava Qüvvələrinin hərbi imkanlarına vurulan zərər daha da dərinləşdirilir və İranın qərb bölgəsində hava üstünlüyü genişləndirilir. Hərbçilər əlavə edirlər ki, bu əməliyyat real vaxt kəşfiyyat məlumatları əsasında həyata keçirilib”,- deyə məlumatda qeyd olunub.

IDF helikopterin vurulma görüntülərini rəsmi "X" səhifəsində yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti