...

Misli Premyer Liqasında XXV tura start veriləcək

İdman Materials 19 Mart 2026 09:00 (UTC +04:00)
Misli Premyer Liqasında XXV tura start veriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda “Karvan” doğma meydanda “Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Hazırda meydan sahibləri 8 xalla sonuncu, qonaqlar isə 39 xalla 4-cü pillədə qərarlaşıblar.

Turun digər oyununda isə “Sumqayıt” “Sabah”ın qonağı olacaq. Qarşılaşma saat 19:15-də start götürəcək. Meydan sahibləri 32 xalla 7-ci, qonaqlar isə 59 xalla 1-ci pillədə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti