Bakı. Trend:
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərə klublarının diqqət mərkəzinə düşüb.
Trend xəbər verir ki, “Mançester Yunayted” və “Liverpul” fransalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Hər iki klubun yay transfer pəncərəsində oyunçu uğrunda mübarizə aparmağa hazır olduğu bildirilir.
Məlumata görə, vasitəçilər Kamavinqanın təxminən 40 milyon avroya transferinin mümkün ola biləcəyini qeyd edirlər.
Xatırladaq ki, Eduardo Kamavinqa 2021-ci ildə “Renn”dən “Real Madrid”ə 31 milyon avro qarşılığında keçib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 33 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
