Bakı. Trend:
Sudandan həyata keçirilən pilotsuz təyyarə hücumu nəticəsində Çadda ən azı 16 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Çadın “Alwihda” portalı məlumat yayıb.
Hücum Çadın Sudanla sərhəddə yerləşən Tine şəhərində baş verib. Pilotsuz təyyarə mədrəsəyə partlayıcı qurğu atıb.
Xatırladaq ki, fevralın 23-də Çad hökuməti Sudan silahlı qruplarının ərazisinə keçməsinin qarşısını almaq məqsədilə sərhədi bağlamışdı. Bu qərar, Sudanın Çadla sərhəd yaxınlığındakı Şimali və Qərbi Darfur əyalətlərində döyüşlərin intensivləşməsi fonunda qəbul edilmişdi.
