Bakı. Trend:
Amerikalı astronavtlar Kristofer Uilyams və Cessika Meyr açıq kosmosa çıxışı başa vuraraq Beynəlxalq Kosmik Stansiyaya (BKS) geri qayıdıblar.
Trend xəbər verir ki, proses ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəsmi saytında canlı yayımlanıb.
Məlumata görə, xarici lyukun bağlanmasında yaranan gecikmə səbəbindən kosmosa çıxış planlaşdırılan 6 saat 30 dəqiqə əvəzinə 20 dəqiqə daha uzun çəkib. Astronavtlar yeni günəş panellərinin quraşdırılmasına hazırlıq məqsədilə nəzərdə tutulan işləri uğurla tamamlayıblar.
Qeyd edək ki, bu, Kristofer Uilyams üçün ilk, Cessika Meyr üçün isə dördüncü kosmosa çıxış olub.
