Bakı. Trend:
Kosta Rika hökuməti Havanadakı səfirliyinin bağlandığını elan edib və Kuba hakimiyyətindən diplomatik heyətin San Xosedən geri çağırılmasını tələb edib.
Trend xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Məlumata görə, qərar adada “insan haqları vəziyyətinin sistematik şəkildə pisləşməsi” ilə əsaslandırılıb.
Kosta Rikanın xarici işlər naziri Arnoldo Andre Tinoko bildirib ki, bu addım mövcud vəziyyətlə bağlı narahatlıqlar fonunda atılıb.
Eyni zamanda, ölkə prezidenti Rodriqo Çaves administrasiyasının Kuba rəhbərliyinin legitimliyini tanımaqdan imtina etdiyini açıqlayıb.
