...

Pentaqon İrana qarşı əməliyyatlar üçün 200 milyard dollardan çox vəsait istəyir

Dünya xəbərləri Materials 19 Mart 2026 08:42 (UTC +04:00)
Pentaqon İrana qarşı əməliyyatlar üçün 200 milyard dollardan çox vəsait istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün 200 milyard dollardan artıq maliyyə ayrılmasında israr edir.

Trend xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-nin hərbi qurumu Ağ evdən İrandakı əməliyyatların maliyyələşdirilməsi məqsədilə Konqresə 200 milyard dollardan çox vəsait ayrılması ilə bağlı sorğunun təsdiqlənməsini istəyib.

Qeyd olunur ki, bu həcmdə maliyyə tələbi böyük ehtimalla münaqişəyə qarşı çıxan qanunvericilərin ciddi müqaviməti ilə üzləşəcək.

Xəbər lenti

Xəbər lenti