...

DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar qəbul edildi

Cəmiyyət Materials 19 Mart 2026 12:34 (UTC +04:00)
DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar qəbul edildi

Bakı.Trend:

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Trend xəbər verir ki, məhkəmə istintaq orqanının vəsatətini təmin edərək müvafiq qərarı Səbail Rayon Məhkəməsində çıxarıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti