Bakı. Trend:
Novruzun gəlişi ilə elan olunan uzun tətil günlərində "Yelo Bank"
müştərilərini diqqətsiz qoymur. Bayram günlərində də bank işlərini
rahatca həll edə bilmən üçün Bakı və bölgə filialları xüsusi iş
qrafiki ilə fəaliyyət göstərəcək.
24, 25, 26, 27 və 30 mart tarixlərində, saat 10:00-dan 16:00-dək
Bankın Xalqlar, MXD (Müştəri Xidmətləri Departamenti), Nərimanov,
Mərkəz, Elmlər, Mərdəkan, Sumqayıt, Bərdə və Lənkəran filialları
fiziki şəxslərə xidmət üçün fəaliyyət göstərəcək. 30 mart tarixində
isə yuxarıda qeyd olunanlarla yanaşı, Gəncə, Sədərək, Zabrat,
Ağcabədi, Salyan, Tovuz, Masallı, Qəbələ, Şamaxı, Zaqatala və
Xaçmaz filialları da eyni saatlarda müştəriləri gözləyir. Sahil,
Əhmədli və İnşaatçılar filialları isə bütün qeyri-iş günləri daxil
olmaqla, saat 10:00-dan 16:00-dək açıq olacaq.
Bayram planlarını reallaşdırmaq üçün vəsaitə ehtiyacın olsa,
"Yelo"da sənə özəl təkliflər var. 50 000 manatadək istehlak
kreditini illik cəmi 8.9 %-dən başlayan şərtlərlə əldə edə
bilərsən. Əgər rəsmi iş yerin yoxdursa və ya kredit tarixçən barədə
narahatsansa, qızıl təminatlı kredit tam sənlikdir. Qızılını
gətirib, aylıq cəmi 1%-dən başlayan şərtlərlə 50 000 AZN-dən nağd
vəsait əldə edə bilərsən!
Bu bahar sənin üçün parlaq və düşərli olsun! "Yelo Bank"
filiallarının ünvanları: http://ylb.az/filiallar.
Bank xidmətləri, o cümlədən mikro
kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook,
Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!