...

Xəzər dənizində İran hərbi gəmiləri vurulub (VİDEO)

Dünya xəbərləri Materials 19 Mart 2026 10:21 (UTC +04:00)
Xəzər dənizində İran hərbi gəmiləri vurulub (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrailli rəsmilərin İsrail Hava Qüvvələrinin Xəzər dənizinin liman şəhəri olan Bəndər Ənzəlinin sahillərində İran Hərbi Dəniz Qüvvələrinə aid gəmilərə zərbələr endirməsi barədə açıqlamalarının ardından, İsrail Müdafiə Qüvvələri (IDF) İranın şimalına aviazərbələr endirdiyini təsdiqləyib.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Hərbi qurumun məlumatına görə, zərbələr Dəniz Kəşfiyyatı Bölməsi və Hərbi Kəşfiyyat İdarəsinin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

İDF-in bildirdiyinə görə, bu, İsrail ordusunun İranın Xəzər dənizindəki qüvvələrinə ilk zərbəsidir.

Məlumata görə, zərbələrlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti