Bakı. Trend:
Fevralın 28-dən etibarən ABŞ, İsrail və İranın iştirakı ilə başlayan müharibə davam etdikcə eskalasiyalarda həlak olan insanların və dağıntıların miqyası getdikcə artır.
Trend xəbər verir ki, “Al-Jazeera” telekanalı İran müharibəsi nəticəsində bu günə kimi ölkələr üzrə itkilərin siyahısını dərc edib.
İran: Azı 1,444 nəfər həlak olub, 18,551 nəfər yaralanıb
Livan: 2 martdan etibarən 968 nəfər həlak olub ( o cümlədən 100-dən çox uşaq)
İraq: 60 nəfər həlak olub (əksəriyyəti İran tərəfindən dəstəklənən Xalq Səfərbərlik Qüvvələrinin üzvləridir)
İsrail: 17 nəfər həlak olub, o cümlədən 15 mülki şəxs və Livanın cənubunda iki İsrail əsgəri
Amerika Birləşmiş Ştatları: 13 hərbi qulluqçu həlak olub – 7-si İrana qarşı əməliyyatlarda, altısı isə İraq üzərində baş vermiş təyyarə qəzasında
Birləşmiş Ərəb Əmirlikləri: 8 nəfər həlak olub, o cümlədən 2 hərbçi
Küveyt: 6 nəfər həlak olub, o cümlədən 2-si İran hücumları nəticəsində
Fələstin: Qərb Sahilində 3 qadın həlak olub
Suriya: 4 nəfər həlak olub
Oman: 3 nəfər həlak olub
Səudiyyə Ərəbistanı: 2 nəfər həlak olub
Bəhreyn: 2 nəfər həlak olub
Fransa: İraqın şimalında pilotsuz uçuş aparatı hücumu nəticəsində 2 Fransa əsgəri həlak olub
