...

Energetika naziri Ağsuda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2026 15:25 (UTC +04:00)
Energetika naziri Ağsuda vətəndaşları qəbul edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Ağsu rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik enerjisinin fasilələrlə verilməsi, elektrik enerjisinin keyfiyyəti, elektrik xətlərinin istismar vəziyyəti, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Ağsu, Ağcabədi, Göyçay rayonlarından olan 14 vətəndaş iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti