Bakı. Trend:
Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacaq.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
