Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 9,8 min ton mazut istehsal olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-fevral aylarında qeydə alınmış göstərici ilə müqayisədə 23,3 min ton və ya 3,4 dəfə azdır.
Cari ilin mart ayının 1-ə olan vəziyyətə görə, hazır məhsul ehtiyatı 33,1 min ton təşkil edir.
Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 18,4% azdır. Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.
