...

Bu iki nazirlik və icra hakimiyyətlərinə məxsus maşınlar satışa çıxarılacaq

İqtisadiyyat Materials 19 Mart 2026 18:18 (UTC +04:00)
Bu iki nazirlik və icra hakimiyyətlərinə məxsus maşınlar satışa çıxarılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda iki nazirlik və icra hakimiyyətlərinə məxsus maşınlar satışa çıxarılacaq.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) məlumat verilib.

Bildirilib ki, hərrac mayin 5-i saat 10:00-da keçiriləcək.

Belə ki, hərracda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyinin, eləcə də "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Sanitariya-Karantin Mərkəzi" PHŞ-a məxsus bir neçə nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır.

Həmin nəqliyyat vasitələrinin ümumi siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti