...

Bayramdan sonra ilk dərs günü nə vaxt olacaq?

Cəmiyyət Materials 19 Mart 2026 16:36 (UTC +04:00)
Bayramdan sonra ilk dərs günü nə vaxt olacaq?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü 28 mart, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.

Qeyd edək ki, 20, 21, 22, 2324 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 2122 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 2021 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 2730 mart tarixləri də qeyri-iş günü sayılacaq.

2829 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 2730 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti