Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton qazoyl (dizel yanacağı) istehsal olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,1 min ton və ya 16,2 faiz azdır.
Ötən ilin yanvar-fevral ayında Azərbaycanda 457,3 min ton qazoyl (dizel yanacağı) istehsal olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 18,4% azdır. Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.
