Bakı. Trend:
Braziliya klubu "Santos" yeni baş məşqçisini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, komanda yerli mütəxəssis Aleksi Stivala tapşırılıb.
Qeyd edək ki, bu, Stivalın "Santos"a dördüncü qayıdışıdır. Təcrübəli mütəxəssis daha əvvəl 2008, 2018 və 2020-2021-ci illərdə bu komandanı çalışdırıb.
