...

Mülki obyektlərə hücumlara moratorium tətbiq edilsin – Makron

Dünya xəbərləri Materials 19 Mart 2026 16:11 (UTC +04:00)
Mülki obyektlərə hücumlara moratorium tətbiq edilsin – Makron
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə neft-qaz sektoruna aid obyektlərə son zərbələri şərh edərkən, mülki obyektlərə qarşı hücumlara moratorium tətbiq edilməsinə çağırıb.

Trend xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən Avropa İttifaqı sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib

“Biz bu münaqişədə mülki infrastruktur və mülki əhaliyə qarşı zərbələrə moratorium tətbiqi ideyasını, eləcə də gərginliyin tezliklə azaldılmasını dəstəkləyirik”, - deyə o bildirib.

Fransa prezidenti qeyd edib ki, belə zərbələrin nəticələri bütün dünyada hiss olunur. O, buna nümunə olaraq Hörmüz boğazının bağlanmasından sonra neft və qaz qiymətlərinin kəskin artmasını göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti