...

Xankəndidə Novruz və Ramazan bayramlarına həsr olunan konsert proqramı təşkil edilib (FOTO)

Cəmiyyət Materials 20 Mart 2026 21:55 (UTC +04:00)
Xankəndidə Novruz və Ramazan bayramlarına həsr olunan konsert proqramı təşkil edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Zəfər meydanında keçirilən tədbirə sakinlərlə yanaşı, turistlər də böyük maraq göstərib.Konsert proqramında tanınmış müğənnilər çıxış edərək, müxtəlif musiqi nömrələri təqdim ediblər.

Bayram ab-havası ilə seçilən tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb, şəhərdə xüsusi canlanma müşahidə olunub.

Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib. Sonda təşkil olunan möhtəşəm atəşfəşanlıq tədbirə xüsusi rəng qatıb. Gecə səmasını işıqlandıran atəşfəşanlıq şəhərdə unudulmaz və gözəl mənzərə yaradıb.

Qeyd edək ki, bayram münasibətilə təşkil olunan bu cür tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və sakinlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti