...

Türkiyə Müdafiə Nazirliyi "İncirlik" bazasına hücumla bağlı xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 20 Mart 2026 19:57 (UTC +04:00)
Türkiyə Müdafiə Nazirliyi "İncirlik" bazasına hücumla bağlı xəbərləri təkzib edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi Adana vilayətindəki "İncirlik" hava bazası yaxınlığında həyəcan siqnallarının işə salınması ilə bağlı xəbərlərə münasibət bildirib.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyindəki mənbələr bazanın ərazisində heç bir hücum və ya digər fövqəladə vəziyyətin olmadığını bildiriblər.

Onların sözlərinə görə, bu, yalançı həyəcan siqnalı olduğu ehtimal edilir.

Qeyd edək ki, martın 13-də NATO qüvvələri ayın əvvəlindən bəri İranın Adana əyalətinin cənubunda atdığı üçüncü ballistik raketi ələ keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti