...

Həcc ziyarəti üzrə kvota tamamlanıb?

Cəmiyyət Materials 20 Mart 2026 13:31 (UTC +04:00)
Həcc ziyarəti üzrə kvota tamamlanıb?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış qalır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıq tamamlanıb, 9 faiz yer qalıb:

"Kvota hələ ki, tamamlanmayıb. Bayram günlərindən sonra da tamamlana qədər sənəd qəbulu davam etdiriləcək", - o, bildirib.

Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti