Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya 40,8 milyon ABŞ dolları dəyərində 86,2 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə göstərici dəyər baxımından 147,4 milyon ABŞ dolları və ya 78,3%, miqdar baxımından isə 252,8 min ton və ya 74,6% azalıb.
Beləliklə, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 339 min ton neft və neft məhsulları ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya 37,2% azalıb.
Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq 933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.
