...

Ağsuda sürüşmə: Aidiyyəti qurumlara tapşırıqlar verilib (VİDEO)

Hadisə Materials 21 Mart 2026 11:26 (UTC +04:00)
Ağsuda sürüşmə: Aidiyyəti qurumlara tapşırıqlar verilib (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Muğanlı-İsmayıllı avtomobil yolunun mühafizə zolağı ərazisində torpaq sürüşməsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürüşmə hadisəsi avtomobil yolunun hərəkət hissəsində qeydə alınmayıb.

Qurumun məlumatına görə, aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.

"Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcəkdir", - deyə qurumun məlumatında bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Muğanlı-İsmayıllı avtomobil yolunun yeni çəkilən hissəsində torpaq sürüşməsinin baş verməsini əks etdirən videogörüntülər yayılıb. Sürüşmənin yolun 11-ci kilometrliyində, Ağsu rayonunun Sanqalan və Quzey kəndləri istiqamətinə gedən hissəsində baş verdiyi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti