Bakı. Trend:
İran İsrail ordusunun mövqelərinə, eləcə də ABŞ-yə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, zərbələr İsrail ordusunun Hayfa və Təl-Əvivdəki 25 mövqeyini, eləcə də bölgədəki ABŞ bazalarına endirilib.
Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən istifadə edilən çoxsaylı döyüş başlığına malik Khorremshahr-4 və Ghadr raketləri İsrailin çoxqatlı müasir hava hücumundan müdafiə sistemlərinin işini pozaraq Hayfa və Təl-Əvivdə 25 hədəfi vurub. Həmçinin bildirilir ki, onlarla İran pilotsuz uçuş aparatı Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum edib.
