Bakı. Trend:
Martın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və
səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz
şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6 dərəcədən 9 dərəcəyədək, gündüz 12
dərəcədən 17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 752 mm civə
sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6 dərəcədən 10 dərəcəyədək, gündüz 15
dərəcədən 20 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək,
gündüz 10 dərəcədən 15 dərəcəyədək olacaq.
