Bakı. Trend:
Rusiyada A-370 federal yolunun Ussuri şəhər dairəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Zəncirvarı qəzada 25 avtomobil toqquşub.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Rusiya FHN-nin Primorye diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, bir nəfər xəsarət alıb, ölən yoxdur.
Hadisə yerində FHN xilasetmə əməkiyyatçıları çalışır.
Qəza iştirakçılarına yardım göstərmək və onları isitmək üçün mobil məntəqə qurulub.
