...

İsrailin Livana hava hücumları bir gündə 20 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Mart 2026 22:56 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər həlak olub, 57 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Hərbi eskalasiyanın başlanğıcından bəri itkilərin ümumi sayı 1001-dən 1021-ə, yaralıların sayı isə 2584-dən 2641-ə yüksəlib", - deyə bildirilib.

Livan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə məcburi köçkünlərin sayı 20 gün ərzində 1 049 328 nəfərə çatıb. Onlar əsasən Beyrutda cəmləşiblər.

Xəbər lenti

Xəbər lenti