...

Türk Dövlətləri Təşkilatının növbəti sammiti Türküstanda keçiriləcək

Dünya xəbərləri Materials 21 Mart 2026 13:30 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatının növbəti sammiti Türküstanda keçiriləcək
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

May ayının ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.

Trend-in Akordaya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətində ictimaiyyət qarşısında çıxış edərkən bildirib.

"Mayın ortalarında Türküstandanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksək səviyyəli görüşü planlaşdırılıb. Dünyada mövcud olan qeyri-sabit şəraitdə bu beynəlxalq tədbir xüsusilə əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilatçılığına xüsusi diqqət yetirməlidir", - deyə Tokayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti