...

Misli Premyer Liqasında XXV turun oyunlarına yekun vurulub

İdman Materials 21 Mart 2026 18:27 (UTC +04:00)
Misli Premyer Liqasında XXV turun oyunlarına yekun vurulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Trend xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" öz meydanında "Qəbələ"ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma Tovuz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Turan Tovuz" xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 16 xala malik "Qəbələ" isə 11-ci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Zirə" "Karvan-Yevlax"ı 1:0, "Sabah" "Sumqayıt"ı 3:1, "Kəpəz" "Qarabağ"ı 1:0, "Neftçi" isə "İmişli"ni 6:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti