...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 21 Mart 2026 17:13 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 15.45 ABŞ dolları və ya 15.3% artaraq, bir barel üçün 116.15 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti bir barel üçün 122.90 ABŞ dolları, minimum qiymət isə 108.16 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 112.13 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 15.39 ABŞ dolları və ya 15.9% artım deməkdir.

Həftə ərzində ən yüksək qiymət bir barel üçün 118.78 ABŞ dolları, ən aşağı qiymət isə 104.30 ABŞ dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 16.44 ABŞ dolları və ya 26.2% artaraq, bir barel üçün 79.15 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 86.22 ABŞ dolları, ən aşağı qiymət isə 70.94 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti 110.78 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 13.51 ABŞ dolları və ya 13.9% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 117.44 ABŞ dolları, minimal qiymət isə 103.31 ABŞ dolları olub.

Neft/Tarix

16.03.2026

17.02.2026

18.02.2026

19.02.2026

20.02.2026

Orta qiymət

Azeri LT CIF

$109.19

$108.16

$117.79

$122.70

$122.90

$116.15

Azeri Light FOB Ceyhan

$105.31

$104.30

$113.95

$118.78

$118.29

$112.13

Urals (EX NOVO)

$71.00

$70.94

$81.77

$86.22

$85.80

$79.15

Dated Brent

$103.70

$103.31

$112.53

$117.44

$116.94

$110.78

Məqalədə:
Xəbər lenti

Xəbər lenti