Bakı. Trend:
Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sularında raket buraxılması iddiaları təkzib edib.
Trend-in məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezenformasiya ilə Mübarizə Mərkəzi sosial şəbəkələrdə yayılan “ŞKTC-də sualtı qayıqdan çoxsaylı raketlər buraxılıb” iddiasının dezinformasiya olduğunu açıqlayıb.
Bildirilib ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti sularında hər hansı atış baş verməyib.
Məlumata görə, yayılan görüntülərdəki raket buraxılışları beynəlxalq sularda qeydə alınıb.
Rəsmi qurum ictimaiyyəti manipulyasiya məqsədli, əsassız paylaşımlara inanmamağa və yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etməyə çağırıb.
