Bakı. Trend:
"Lans"ın baş məşqçisi Pierre Saje "PSJ" ilə Liqa 1 oyununun təxirə salınmasına qarşı çıxıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, matçın 11 aprel tarixində keçirilməsi planlaşdırılır. Paris klubu isə 8 və 14 aprel tarixlərində "Liverpul" ilə Çempionlar Liqasının 1/4 final oyunlarını oynayacaq.
Saje "Lans"ın da proqramının gərgin olduğunu bildirib və oyunun təxirı salınması ilə razılaşmayıb.
