...

İranla əlaqəli kiber qruplar "Telegram" üzərindən müxalifləri hədəf alır - FTB

Dünya xəbərləri Materials 21 Mart 2026 15:43 (UTC +04:00)
İranla əlaqəli kiber qruplar "Telegram" üzərindən müxalifləri hədəf alır - FTB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Federal Təhqiqat Bürosu (FTB) İranla əlaqəli kiber aktorların "Telegram" vasitəsilə dünya üzrə müxalifləri və rejim əleyhdarı qrupları hədəf aldığını açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, qurumun məlumatına görə, bu qruplar "Telegram" platformasından komanda və nəzarət infrastrukturu kimi istifadə edir və bu yolla müxtəlif hücumlar həyata keçirir.

Açıqlamada qeyd olunur ki, bu fəaliyyətlər çərçivəsində zərərli proqram təminatları yayılır və nəticədə məlumat sızmaları, eləcə də reputasiya zərbələri baş verir.

FTB həmçinin bildirib ki, İran kəşfiyyatı ilə əlaqəli aktorların istifadə etdiyi üsullar və bu cür hücumlara qarşı mühafizə yolları barədə yeni xəbərdarlıq hesabatı yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti