...

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 139 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 21 Mart 2026 22:47 (UTC +04:00)
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 139 nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 29 vilayətində son iki həftə ərzində keçirilən əməliyyatlar nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 139 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) "X" hesabında məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxslərin bəzilərinin terror təşkilatına üzv olduğu, fəaliyyətinə maliyyə dəstəyi verdiyi və keçmişdə təşkilat daxilində iştirak etdiyi müəyyən edilib.

Onlardan 14-ü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, 9 nəfər məhkəmə nəzarətinə götürülüb, digər şübhəlilərin polis bölməsində dindirilmələri isə davam edir.

Xəbər lenti

Xəbər lenti