...

Almaniyada apteklər ümummilli tətil səbəbindən bağlanacaq

Dünya xəbərləri Materials 22 Mart 2026 01:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada apteklər martın 23-də işçilərinin ölkə miqyaslı tətili səbəbindən fəaliyyətini dayandıracaq.

Trend xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, tətil aksiyalarında 160 mindən çox insanın iştirakı gözlənilir. Əczaçılıq işçiləri "xroniki maliyyə çatışmazlığı"ndan narazıdırlar. Onların Berlin, Hannover, Düsseldorf və Münhen şəhərlərində nümayişlər keçirmələri planlaşdırılır.

Alman Əczaçılıq Federal Assosiasiyasının (ABDA) rəhbəri Tomas Preiss bildirib ki, ölkədə apteklərin fəaliyyəti və əhalinin dərman təminatı ilə bağlı vəziyyət uzun müddətdir gərgin olaraq qalır.

O qeyd edib ki, əczaçılıq işçilərinin əməkhaqları sonuncu dəfə 13 il əvvəl artırılıb, halbuki bu müddətdə əlavə xərclər 65%-dən çox yüksəlib.

Bildirilib ki, 2013-cü ildən bu yana Almaniyada apteklərin ümumi sayının təxminən 20%-i bağlanıb.

Xəbər lenti

Xəbər lenti