...

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib

Dünya xəbərləri Materials 22 Mart 2026 01:55 (UTC +04:00)
Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu baş tutub.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün Floridada davam edən vasitəçilik səyləri çərçivəsində konstruktiv görüşlər keçirilib. Danışıqlar hərtərəfli sülh sazişinin bağlanmasına yaxınlaşmaq məqsədilə həll olunmamış məsələlərin nizamlanmasına yönəlib”, – deyə o qeyd edib.

Uitkoffun sözlərinə görə, nümayəndə heyətinə ondan başqa prezidentin kürəkəni Cared Kuşner, Ağ Evin baş məsləhətçisi Coş Qruenbaum, həmçinin ABŞ Dövlət Departamentinin baş siyasi məsləhətçisi Kris Karran daxil olub.

“Biz həll olunmamış məsələlərin həlli məqsədilə qarşılıqlı fəaliyyətin davam etdirilməsini alqışlayırıq”, – deyə Uitkoff əlavə edib.

Xəbər lenti

Xəbər lenti