Bakı. Trend:
Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Trend xəbər verir ki, Antalyadan Konya istiqamətində hərəkət edən avtobus yağış səbəbindən sürüşkən yolda idarəetməni itirərək aşıb. Qəza zamanı nəqliyyat vasitəsində 37 sərnişin olub.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxslər ətraf xəstəxanalara yerləşdirilib.
