...

"Neftçi" daha bir legionerini komandada saxlamağı planlaşdırır

İdman Materials 22 Mart 2026 20:17 (UTC +04:00)
"Neftçi" daha bir legionerini komandada saxlamağı planlaşdırır

Bakı. Trend:

“Neftçi” mövsümün sonunda daha bir futbolçusunu heyətdə saxlamaq istəyir.

Trend xəbər verir ki, “ağ-qaralar” komandanın aparıcı üzvünə çevrilən Freddi Varqasa yeni müqavilə təklif edəcək.

Onun son vaxtlardakı performansı klubda haqqında müsbət düşünməyə vadar edib.

Venesuelalı oyunçunun özünün də “Neftçi”də qalmaq istədiyi bildirilir.

“Makkabi”yə(Netanya) məxsus olan Varqasın icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

26 yaşlı yarımmüdafiəçi “Deportivo Lara”, “Dallas”, “Metropolitanos”, “Makkabi Bnye Reyneh” klublarında oynayıb.

Xəbər lenti

Xəbər lenti