Bakı.Trend:
Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə martın 20-si baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Hüseynov Məhəmməd Nazim oğlu idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman piyada - 1977-ci il təvəllüdlü Rzayev Ceyhun Kazım oğlunu vurub.
Hadisə zamanı sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.
