Qətərdə helikopter qəzasında 7 nəfər həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Mart 2026 14:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Trend xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.

Helikopterin qəzaya uğraması nəticəsində həlak olanlar arasında 3 Türkiyə vətəndaşı da var. Məlumata görə, həlak olanlardan biri Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, ikisi isə ASELSAN şirkətinin texniki işçiləri olub.

XXX

08:21

Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub”, – deyə rəsmi bəyanatda bildirilib.

Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olan digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti